Bank kartlarından 20 min manat pul oğurlayıblar

post-img

Bu günlərdə polisə Bakı şəhər sakini olan bir nəfərin bank kartlarından 20.000 manat pulun oğurlanması barədə məlumat daxil olub. Məlumatı DİN mətbuat xidməti verib. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü R.Xankişiyev müəyyən olunaraq saxlanılıb.

Babək Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 15-də rayon sakini olan bir nəfərin bank kartından 1800 manat pulu oğurlamaqda şübhəli bilinən Nehrəm qəsəbə sakini, 1995-ci il təvəllüdlü B.Mehdiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

XQ

Son xəbərlər