Qızılcaya yoluxma sayında artım müşahidə olunur

post-img

“Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur. Yoluxma hallarının artmasına səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır".

Bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova yerli mətbuata deyib.

Onun sözlərinə görə virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir.

Qeyd edək ki, qızılcaya görə Bakının Qaradağ rayonu ərazisində yerləşən 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində distant tədrisə keçilib.

Rizvan FİKRƏTOĞLU
XQ

Səhiyyə