“Şəkərli diabetlə yaranan risklər” mövzusunda seminar

post-img

 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Sağlamlığın Qorunması” İctimai Birliyinin birgə təşəbbüsü ilə Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda “Şəkərli diabetlə yaranan risklər” mövzusunda seminar keçirilib.

Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova seminarın məqsədini bildirib. 

“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva son illər dünyada, eləcə də ölkəmizdə diabetlə bağlı patologiyaların vaxtında aşkarlanıb müalicə edilməli olduğunu və digər xəstəliklərlə bağlı maariflənmənin vacibliyini qeyd edib. 

“Azərbaycan Endoskopik Laparoskopik Cərrahi Assosiasiyası” İctimai Birliyinin sədri, tibb elmləri doktoru Müşfiq Həsənov, Bariatik və Metobolik Cərrahlar İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Taryel Ömərov,  ET Kardiologiya İnstitutunun edokrinoloqu Fəridə Yaqubova və kardioloq Mahir Bağırov mövzu ilə bağlı ətraflı çıxışlar ediblər. Çıxışlar zamanı xəstələrin həyat keyfiyyətinin yüksəldilməsi, xəstəliklərin diaqnozlarının erkən aşkarlanmasında həkimlərin rolundan danışılıb, onların xəstənin şikayətlərinə düzgün yanaşmaları, xəstəliyə diaqnoz qoymaları üçün lazım olan bütün üsullardan istifadə etməli olduqları vurğulanıb.

Seminar çərçivəsində QHT Dövlət Dəstəyi Agentliyinin yardımı ilə hazırlanmış “Şəkərli diabetdən qorxma, ona yanlış yanaşmadan qorx” adlı video-çarx nümayiş etdirilib. 

Seminarın gedişində iştirakçıları maraqlandıran təklif və suallar səsləndirilib.

Sonda respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova

“Çırpınırdı Qara dəniz” mahnısını ifa edib.

 

Zərifə BƏŞİRQIZI

XQ





Səhiyyə