Ukraynaya yeni hərbi texnikalar göndərilib

post-img

Almaniya Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynaya növbəti yardım paketini göndərib. Məlumatı Almaniya Nazirlər Kabinetinin rəsmi saytı dərc edib.  Məlumatı “İnterfaks” verib.  

Məlumatda bildirilib ki, Ukraynaya 20 ədəd “Marder 1A3” piyadaların zirehli döyüş maşını, 2 ədəd “Wisent 1” minatəmizləmə texnikası, 3000 ədəd 155 mm-lik mərmi, 1 ədəd peyk rabitə nəzarət sistemi, 10 ədəd dron aşkarlama sistemi, 8x8 tipli HX81 yük maşını və 4 yarımqoşqu, 9 ədəd müxtəlif nəqliyyat vasitəsi, 3 ədəd təcili yardım maşını, 1,5 milyon ədəd müxtəlif çaplı patron və digər texnika, silah-sursat artıq Ukraynaya təhvil verilib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya