Sağlamlıq turizminin inkişafı ilə bağlı konfrans

post-img

Liv Bona Dea Hospital və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan–Türkiyə Sağlamlıq Turizmi konfransı keçirilib. 

Möhtəbər tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov çıxış edərək sağlamlıq turizminin inkişafına dəstək vermək üçün təhsil ocağında görülən işlərdən danışıb. Eyni zamanda, mövcud imkanlardan səmərəli istifadə etməyin vacibliyini diqqətə çatdırıb. 

Konfransda iki qardaş ölkə olan Azərbaycan və Türkiyənin sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən müəssisələrinin təmsilçiləri, o cümlədən Milli Məclisin deputatları, müvafiq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirin başılca qayəsi post-pandemiya dövründə Azərbaycan turizm sektorunun inkişafında sağlamlıq-müalicə turizminin rolu, bu sahədə beynəlxalq təcrübələrin öyrənilməsi və turizm məhsulu kimi turizm şirkətləri şəbəkəsində əməkdaşlıq imkanlarının dərinləşdirilməsi məsələlərindən ibarət olub.

Z.HÜSEYNOVA,
“Xalq qəzeti”

Səhiyyə