Ukraynanın kasetli bombalardan istifadə etdiyi təsdiqləndi

post-img

Ukrayna ordusu ABŞ-ın verdiyi kasetli bombalardan istifadə etməyə başlayıb.

“Vaşinqton Post” məlumat yayıb ki, müdafiəçilər hazırda Ukraynanın cənub-şərqində kasetli bombalardan istifadəı edirlər.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də Ukrayna qüvvələrinin kasetli bombalardan istifadə etməsini təsdiqləyib.

Qeyd edək ki, Ukrayna kasetli sursatlardan istifadə ilə bağlı rəsmi məlumat verməyib.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya