İyun ayında TƏBİB-in təşkilatçılığı ilə Dünyadakı Azərbaycanlı Təbiblərin ilk Simpoziumu nəhayət ki, baş tutdu. Simpozium Ümummilli lider, dahi şəxsiyyət, xalqımızın yaddaşında qurucu və xilaskar kimi qalan Heydər ƏLiyevin 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev İli “ çərçivəsində təşkil olunmuşdu. Heydər Əliyevin ən çox həssas yanaşdığı , diqqət və əhəmiyyət verdiyi vacib sahələrdən biri də tibb sahəsi olub. İnsanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, peşəkar həkim kadrların hazırlanması üçün var qüvvəsi ilə səy göstərirdi. Xəstə insanlarla görüşərkən göstərdiyi qayğı, həkimlərə verdiyi qiymət, bəslədiyi hörmət onun dövlətinə və millətinə olan sonsuz sevgisi ilə əlaqədar idi. O əhalinin sağlamlığının mühafizəsinə xüsusilə diqqət yetir və səhiyyənin inkişafı üçün əlindən gələni edirdi. Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəltmək, sərhəddən kənarda, xüsusilə SSRİ-nin ən qabaqcıl tibb müəsisələrində həkim kadrlarının hazırlığına, tibb elminin inkişafına, gənc alimlərin tibb ocaqlarında elmi fəaliyyətinin davam etdirilməsinə böyük əhəmiyyət verirdi.
İyun ayını 17-də Heydər Əliyev mərkəzində möhtəşəm simpoziumun təntənəli açılış mərasi Ümummilli liderimiz Heydər Əliyevin ideyalarını və qurub yaratdıqlarını inkişaf etdirməsinin davamı idi. Bu simpoziuma dəvət alan xaricdə çalışan və yaşayan həkimlərin çox hissəsi məhz Ulu öndərin vaxtında dövlət proqramı ilə xaricə göndərilən həkimlər idi. Simpoziumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin DATS iştirakçılarına müraciəti səsləndirildi. “Qürurverici haldır ki, Azərbaycan tibb təhsilinin və elminin yetirdiyi yüzlərlə həmvətənlərimiz dünyanın müxtəlif guşələrində ən möhtəbəm klinikalarda çalışır və yüksək peşəkarlıqları ilə seçilərək xalqımızı layiqincə təmsil edirlər. Onlar ölkəmizin hüdudlarından çox-çox uzaqlarda çalışsalar da qəlbləri daim doğma Aərbaycanla döyünür. Qırx dörd günlük Vətən müharibəsi zamanı könüllü şəkildə ön cəbhəyə yollanan ağ xalatlı qəhrəmanlarımızın simasında bu, bir daha təsdiqini tapdı. İştirakçısı olduğunuz simpozium təbabətin ayrı-ayrı sahələrindəki yeniliklərin paylaşılması və xaricdə məskunlaşmış həkim soydaşlarımızın öz nəzəri və təcrübi bilikləri ilə Azərbaycan səhiyyə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlərə yüksəkixtisaslı tibbi kadrlarımızla birgə tohfələr verməsi üçün potensial imkanların üzə çıxarılması məqsədi daşıyır.”
Mərasimdə millət vəkilləri, Respublika Səhiyyə qurumlarının rəhbərləri, nazirlər, xarici ölkədə yaşayan və çalışan həkim-mütəxəssislər, Azərbaycanda çalışan tanınmış özəl, dövlət tibb müəssisələrinin həkimləri, Aərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar iştirak edirdi.
Simpoziumun məhz 17 iyun –Tibb işçilərinin Peşə Bayramı Günündə keçirilməsi dəyərli Prezidentimiz cənab İlham Əliyevin Tibb işçilərinin əməyinə verilən yüksək qiymətin ifadəsi idi. Simpoziumda ümumilikdə 1500 –dən çox həkim iştirak edirdi. Simpoziumun keçirilməsinə məqsəd xaricdə çalışan həkimlərlə Azərbaycanda çalışan həkimlər arasında peşəkar münasibətləri gücləndirmək, tibbin müxtəlif sahələrində təcrübə mübadiləsi aparmaq, eyni zamanda həmvətənlərimiz arasında həmrəyliyi inkişaf etdirməkdir. Simpoziumda dünyanın 14 ölkəsindən 120 həkim –mütəxəssislər iştirak edirdi. Onlar arasında cərrah, trasplantoloq, neyrocərrah, kardioloq, uroloq, endokrinoloq, nevroloq, travmatoloq, pediatr, terapevt kimi ixtisaslı həkimlər, alimlər təmsil olunurdu. Simpozium işgüzar proqram çərçivəsində 2 gün ərzində “Baku Mariot Boulevard” Hotelin akt zalında bir-birindən maraqlı panellərlə yadda qaldı: “Cərrahiyyədə yeniliklər, Robotik cərrahiyyənin imkanları, Urogentral xəstəliklərin cərrahi müalicəsində innovasiyalar, Tibb sahəsində innovativ yanaşmalar, Əczaçılıqda son nailiyyətlər, Təbabətin aktual problemləri, Süni intelektin və yeni texnalogiyaların tibb sahəsində tədbiqi, Nevralogiyada aktual problemlərə yeni yanaşma, Müasir cərrahi müalicəyə yeniliklərin inteqrasiyası, reabilitasiyada müasir nailiyyətlər, Aktual problemlərə müasir baxış, Qadın sağlamlığı: Problemlər və perespektivlər. Müasir neantologiya və pediatriya-1,2, Tibbi xidmətin təşkilində yeni yanaşmalar” mövzusunda çıxış edən yeli və xarici həkim mütəxəssilərimiz bacardıqları qədər elmdə və tibbdə olan yenilikləri simpozium iştirakçılarına ötürməyə çalışdılar. Panellər içərisində maraq doğuran mövzular daha çox idi. İyunun 20-si Almaniyadan dəvət olunan həmkarlarımız: Vüqar Yaqublunun “ Ağ ciyər düyünlərinin müayinə və müalicəsində multsipinar yanaşma”, Gülşən Əhmədlinin “Ağır dərəcəli yanıqlarda rekanstruktiv yanaşma”, Ramazan Cabbarlının “Robototexnikanın və naviqasiyanın spinal neyrocərrahiyyədə tətbiqi”, Hikmət İsmayılovun “Uralogiyada robotik cərrahiyyə,”dünən bu gün və gələcək”, müasir yanaşmalar, istifadə olan cihazlar”, ABŞ-dan olan həmkarlarımız: Aytən Məmmədova Sarıyevanın “Diabet xəstəliyinin idarə olunmasında müasir texnologiyaların və yeni dərman vasitələrinin rolu”, Türkiyədən olan həmkarlarımız: Amil Hüseynovun “Orqan transplantasiyası, uşaqlığın köçürülməsi,laporaskopik və robotik cərrahiyyənin üstünlükləri”, Səidə Daşdəmirovanın “Piylənmənin idarə edilməsinə kompleks yanaşma”, Aytən Səfərlinin “Müasir tibbdə innovasiyalar. İnsan orqanlarının 3D plinterində çap edilməsi. Kök hüceyrənin tətbiqi”, Elbəy Bayramlı “Robotik radikal prostattektamiya, Coşqun Hüseynov “Uroloji xəstəliklərin cərrahi müalicəsində müasir yanaşmalar və istifadə olunan cihazlar”, Rusiyadan Mehman Məmmədov “Şəkərli diabet, ürəyin işemik xəstəliyində koronar revaskulyarizasiya və proqnoz”, mövzusunda maraqlı çıxışlarla yadda qaldı.
İyunun 21-i Simpoziumda gün ərzində iştirakım məndə xoş ovqat, unudulmaz anlar, xoş təəssüratlar yaşatdı. Səhər saatlarında “A” salonunda “Nevralogiyada aktual problemlərə yeni yanaşma” adlı IV-paneldə moderator Rövşən Həsənovun və ekspertlər Nərgiz Ağayeva, Nərgiz Aliyevanın iştirakı ilə Türkiyəli həmkarlarımız: Nərgiz Hüseynoğlunun ”Nevroloji xəstəliklərdə kök hüceyrənin istifadəsi”, Sayad Kocahanın “Parkinson xəstəliyinin tədqiqat modelləri”, Nihat Mustafayevin “Portativ ultrasəs nevralogiyada non-invaziv müdaxilələr”, İngiltərədən Aygün Bədəlovanın “Alsheyner xəstəliyininn diaqonostika və müalicəsində İngiltərə təcrübəsi” mövzusunda maraqlı çıxışları oldu. V- panel “Müasir cərrahi müalicəyə yeniliklərin inteqrqsiyası”adlanırdı. Moderator Tural Hüseynovun, Ekspertlər Ruslan Pişanov, Cəmil İskəndərov və Fərid Təqdirovun iştirakı iləTürkiyəli həmkarlarımız Orxan Məmmədxanlının “Neyrocərrahiyyə xəstəxanasının idarəolunmasına və xəstə müalicəsinə innovativ texnologiyaların inteqrasiyası” Qail Qasımovun “Anadangəlmə serebral iflic xəstələrin sosial həyatı qazandırılmasında cərrahiyyənin rolu”, Almaniyalı həmkarımız Cavid Hüseynzadənin “Baş-boyun cərrahiyyəsində ultrasonoqrafiq diaqnostikanın rolu” mövzusunda çıxışlar da maraqlı və yaddaqalan oldu. Nahar fasiləsindən sonra “Reabilitasiyada müasir nailiyyətlər” VI- panelində Moderator Pərvin Əkbərovun, ekspertlər Nailə Məmmədova, Paşa Mehdiyev, Sədaqət Hüseynovanın iştirakı ilə Türkiyəli həmkarlarımız Nurlana Axundovanın “Bel yırtığının əməliyyatsız müalicəsi”, İlkin Mirzəyevin “İnsult xəstələrində ətrafların reabilitasiyasına virtual reallığın təsiri”, Küveytdən olan həmkarımız Kəmalə Bozanın “Səhiyyənin gələcəyi, fiziki terapiya və reabilitasiya” mövzusunda çıxışları simpozium iştirakçılarında xoş təəssürat yaratdı. VII- panel “Aktual problemlərə müasir baxış” adlanırdı. Moderator Fuad Mustafayevin, ekspertlər Anar Əsgərov, Səbinə Fərzəliyevanın iştirakı ilə Almaniyadan həmkarımız Elşən Ağayevin “Qulaq, burun, boğaz orqanlarının allergik xəstəliklərinə yeni baxış”, Ceyhun Sarıyevin “Barret qida borusu: müasir diaqonostika və müalicə üsulları, Firudin Qurbanovun “Kəskin miokard infarktı zamanı KİM(Kölner infarkt Modeli)yanaşması, Türkiyəli həmkarımız Hikmət Baxışovun “Cəmiyyətin sağlamlığında ağız boşluğu gigiyenasının əhəmiyyəti” mövzusunda çıxışlar dinləyicilər tərəfindən maraqla qarşılandı. Həmin gün “B”salonunda İngiltərədən həmkarlarımız: Fidan İsrafil-Bəylinin “Qadınlarda hormonəvəzedici terapiyada müasir tendesiyalar”, Elnur Əliyevin “Sonsuzluğun müalicəsində innoaktiv üsul: PLCzeta rekombinat, zülal və mRNT”, İlhamə Cəfərlinin “Androgenə həssaslıq sindromunun X-genlələrlə əlaqəsi və xəstələrdə rekonstruktiv cərrahi çətinliklər”, Almaniyalı həmkarımız Elvin Piriyevin “Fibromaların transservikal radiofrekans ablasiyası”, ABŞ-dan həmkarlarımız: Pərviz Hacıyevin “Uşaqlarda anadangəlmə urogental anomaliyalara müasir yanaşmalar”, lana Yusufovanın “Uşaqlarda göz xəstəliklərinin idarə edilməsində yeni yanaşmalar. Gen terapiyası” Azadə İbrahimovanın “Göbək ciyəsi qanının müasir müalicədə rolu”. Səudiyyə Ərəbistanından həmkarımız Röya Hüseynovanın “Erkən neonatal sepsisin praqnozlaşdırılmasında sepsis kalkulyatorunun tədbiqinin potensial əhəmiyyəti”, Türkiyəli həmkarımız Razin Əmirovun ”İmmun sistemin anadangəlmə xəstəlikləri.Diaqonostika və müalicəsində yeniliklər”, BƏƏ-dən həmkarımız Sabrin Əzimin “Xəstələrə qayğı prosesində “ChatGPT” potensialından istifadə imkanları” mövzusunda maraqlı çıxışlar etdilər. Panellərin sonunda müzakirələrə yer verildi. Simpoziumun bağlanışında çıxış edən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov xaricdə yaşayan Azərbaycanlı həkimləri vətəndə tibb müassisələrində çalışmağa dəvət etdi. “Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan səhiyyə sahəsində davamlı islahatlar həyata keçirilir.Qarşıya qoyulan hədəflər isə çoxdur. Bu istiqamətdə görüləcək işlərdə Azərbaycanda çalışan həkimlərimiz sırasında sizi də görməkdən məmnun olarıq. Dünyanın müxtəlif ölkələrində Azərbaycan səhiyyəsinə öz töhfələrinizi verməyə çalışırsınız.Əminəm ki, vətəndən kənarda ölkəmizi layiqli şəkildə təmsil edirsiniz.” Tədbirin sonunda xaricdə və Azərbaycanda çalışan bir çox həkimlərə sertifikatlar təqdim olundu.
Əlbəttə ki, çoxsaylı həkimləri bir araya gətirmək tədbir boyu “TƏBİB ailəsi” üçün məsuliyyətli və qürurverici idi. Düşünürəm ki, simpoziumda çıxışlardan, xarici həkimlərin təcrübələrindən daha çox faydalanan yerli həkimlərimiz oldu. Səhiyyə sistemində əsaslı islahatların aparılması, və tibbdə maraqlı yeniliklər, ardıcıl və sistemli şəkildə atılan bütün addımlar, həkimlərimizə gələcəkdə böyük perespektivlər vəd edir. Simpozium həm Azərbaycanda, həm də xaricdə yaşayan həkimlərdə böyük maraq yaratdı. Bundan sonra da belə tədbirələrin davamlı, tədqirə layiq və möhtəşəm olacağına inanırıq.
Inanırıq ki, Dünyadakı AzərbaycanlıTəbiblərin ilk Simpoziumu gələcəkdə xaricdə yaşayan və çalışan həkimlərlə Azərbaycanda çalışan tibb müəsisələrindəki həkimlərlə mütəmadi nəzəri və əyani təcrübə mübadiləsi aparılacaq və səhiyyə sisteminin inkişafı istiqamətində aparılan yeni işlərə öz töhfələrini vermək üçün yeni imkanlar yaradacaq.Gələcəkdə daha çox bacarıqlı, təcrübəli və peşəkar həkimlərlə iş birliyi qurulacaq, müxtəlif layihələr vasitəsilə ölkəmizə cəlb ediləcək və növbəti simpoziumlarda durmadan inkişaf edən tibbin ən son yeniliklərdən söhbət açılacaq.
Məlahət Hümmətqızı
Həkim-terapevt,
Prezident təqaüdçüsü,
AYB və AJB-nin üzvü