Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım edib

post-img

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə rəsmi instaqram səhifəsində paylaşım edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında qeyd olunub: “Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!”.

Rəsmi xronika