Ərdoğan və Əli Ərbaş dünya müsəlmanlarını təbrik ediblər

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə vətəndaşlarını və İslam dünyasını müsəlmanlar üçün müqəddəs olan Ramazan ayının başlanması münasibətilə təbrik edib. Məlumatı “Anadolu” verib. 

Sosial şəbəkələrdə yayılmış müraciətində Türkiyə lideri bütün dünya müsəlmanlarına sülh, tərəqqi, rufah və xoşbəxtlik arzulayıb. 

Din İşləri üzrə İdarənin başçısı professor Əli Ərbaş isə özünün Ramazan ayının başlanması ilə bağlı müraciətində qeyd edib ki, Qəzzanın, Qüdsün, Şərqi Türküstanın və bütün ərazilərin məzlumlarının xilası müsəlmanların birliyindən və həmrəyliyindən asılıdır.

“Ümid edirəm ki, Ramazan ayı bu mənada yeni oyanışa töhfə verəcək”, - deyə professor bildirib. 

P.ƏMİRCANOV

XQ

Dünya