“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansındakı bəzi əmlakların müsabiqə yolu ilə satışının keçirilməsi barədə elan

post-img

Müsabiqəyə çıxarılan əmlaklar barədə məlumat

1. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 1-ci döngə, 3-cü dalan, ev 12 ünvanında, 0,01319 ha torpaq sahəsində yerləşən 431,8 kv.m sahədən ibarət fərdi yaşayış evi. Əmlak yüklü deyil.

Start qiymət - 222.000,00 (iki yüz iyirmi iki min) manat.

2. İmişli rayonunda yerləşən 2 ədəd əmlak kompleksi kimi müəssisə (8,5 ha torpaq sahəsində yerləşən 21,675.00 kv.m və 1.23 ha torpaq sahəsində yerləşən 12,054.90 kv.m tikili) və 8 çıxarışdan ibarət cəmi 7,4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri (Quşçuluq kompleksi). Əmlak yüklü deyil.

Start qiymət - 6.459.200,00 (altı milyon dörd yüz əlli doqquz min iki yüz) manat.

3. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, korpus 3, ev 65 nömrəli ünvanda yerləşən 121.6 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.

Start qiymət – 195.776.0 (bir yüz doxsan beş min yeddi yüz yetmiş altı) manat.

4. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, korpus 3, ev 65 nömrəli ünvanda yerləşən 108.5 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.

Start qiymət – 182.280,00 (bir yüz səksən iki manat iki yüz səksən) manat.

5. Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, korpus 3, ev 65 nömrəli ünvanda yerləşən 62.2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.

Start qiymət – 104.496,00 (bir yüz dörd min dörd yüz doxsan altı) manat.

6. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, korpus 3, ev 65 nömrəli ünvanda yerləşən 34.0 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.

Start qiymət – 57.120,00 (əlli yeddi min bir yüz iyirmi) manat.

7. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, korpus 3, ev 65 nömrəli ünvanda yerləşən 61.2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.

Start qiymət – 102.816,00 (bir yüz iki min səkkiz yüz on altı) manat.

8. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 201C nömrəli ünvanda yerləşən 242.3 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.

Start qiymət – 390.103,00 (üç yüz doxsan min bir yüz üç) manat.

9. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 195X nömrəli ünvanda yerləşən 60.9 kv.m sahədən ibarət qeyri- yaşayış sahəsi. Əmlak yüklü deyil.

Start qiymət – 102.312,00 (bir yüz iki min üç yüz on iki) manat.

10. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 197B nömrəli ünvanda yerləşən 214.8 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.

Start qiymət – 345.828,00 (üç yüz qırx beş min səkkiz yüz iyirmi səkkiz) manat.

11. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 197A nömrəli ünvanda yerləşən 164.7 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.

Start qiymət – 265.167,00 (iki yüz altmış beş min bir yüz altmış yeddi) manat.

12. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 195G nömrəli ünvanda yerləşən 244.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.

Start qiymət – 384.458,00 (üç yüz səksən dörd min dörd yüz əlli səkkiz) manat.

13. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 195H nömrəli ünvanda yerləşən 347.2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.

Start qiymət – 522.536,00 (beş yüz iyirmi iki min beş yüz otuz altı) manat.

14. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 199E nömrəli ünvanda yerləşən 48.5 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.

Start qiymət – 81.480,00 (səksən bir min dörd yüz səksən) manat.

15. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 199C nömrəli ünvanda yerləşən 51.0 kv.m sahədən ibarət qeyri- yaşayış sahəsi. Əmlak yüklü deyil.

Start qiymət – 85.680,00 (səksən beş min altı yüz səksən) manat.

16. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 199B nömrəli ünvanda yerləşən 61.7 kv.m sahədən ibarət qeyri- yaşayış sahəsi. Əmlak yüklü deyil.

Start qiymət – 103.656 (bir yüz üç min altı yüz əlli altı) manat.

17. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 199D nömrəli ünvanda yerləşən 68.6 kv.m sahədən ibarət qeyri- yaşayış sahəsi. Əmlak yüklü deyil.

Start qiymət – 115.248,00 (bir yüz on beş min iki yüz qırx səkkiz) manat.

18. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 201B nömrəli ünvanda yerləşən 367,6 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi.Əmlak yüklü deyil.

Start qiymət – 549.562 (beş yüz qırx doqquz beş yüz altmış iki) manat.

Ərizələrin qəbulunun başlanma və bitmə tarixi: 16 mart 2026-cı il saat 10.00 –dan 10 aprel 2026-cı il saat 16.00-a qədərdir.

Müsabiqə qalibinin müəyyən edilməsi tarixi və saatı: 15 aprel 2026-cı il saat 11.30-a qədrdir.

Müsabiqənin keçirildiyi ünvan: Azərbaycan Respublikası Maliyyə Nazirliyi, AZ-1022 Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 135

Əmlaka, onun növü və parametrləri ilə bağlı sənədlərlə tanış olmaq qaydası və müddəti: 2026-cı il martın 16 -dan 2026-cı il aprelin 10-a qədərdir, həftənin 3-cü və 5-ci günləri, “Aqrarkredit” QSC-nin baş ofisində, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 nömrəli ünvanında baxılmalıdır.

Əlaqələndirici şəxs: Şahin Seyidov 050-235-99-90

Əhəd Vəhədzadə 050-374-27-27.

İddiaçılar qarşısında irəli sürülən şərtlər

1. İddiaçı tərəfindən əmlakın elan olunan ilkin satış dəyərinin 0,5 faizi həcmində beh məbləği ödənilməlidir. Müsabiqənin qalibi hər hansı səbəbdən əmlakı almaqdan imtina etdiyi halda onun tərəfindən ödənilmiş beh məbləği geri qaytarılmır.

2. İddiaçılar tərəfindən təqdim edilmiş təklifdə əmlak üçün təklif olunan məbləğ aydın şəkildə rəqəm və Azərbaycan dilində sözlə yazılmalı, iddiaçılar və ya onların etibarnamə üzrə nümayəndələri tərəfindən imzalanmalıdır. Sözlə rəqəm arasında fərq aşkar edildikdə, sözlə ifadə olunmuş yazı əsas götürülür. Təklif müsabiqənin keçirilməsi haqqında məlumatda göstərilən müddət ərzində imzalanmış (hüquqi şəxsdirsə möhürlənmiş) qapalı zərfdə “Aqrarkredit” QSC-yə təqdim edilməlidir.

3. Bir iddiaçı müsabiqədə iştirak etmək üçün yalnız bir ərizə verə bilər. İddiaçı Müsabiqə Komissiyasına yazılı bildiriş verməklə ərizələrin qəbulu müddəti bitənədək ərizəsini geri götürə bilər.

4. Müsabiqə günü iddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsi müsabiqədə iştirak etməlidir. Təqdim edilmiş zərflər iddiaçılar və ya onların etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə açılır;

5. Müsabiqə zamanı əmlakın start qiymətindən ən yüksək qiymət təklif etmiş iddiaçı müsabiqənin qalibi elan olunur. İddiaçılar tərəfindən təqdim edilmiş təkliflər eyni məbləğdə olduqda həmin iddiaçılar əmlak üçün təklif olunan məbləği göstərməklə yenidən təklif təqdim edir. Bu zaman da təklif məbləğləri eyni olduqda proses fərqli təklif olanadək davam etdirilir. Yenidən təklif verməkdən imtina edən iddiaçı müsabiqədə iştirak etmir.

6. Müsabiqənin qalibi əmlakın dəyərinin 30 (otuz) bank günü ərzində tam ödənilməsini təmin etmək barədə yazılı zəmanət verməlidir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər

1. İddiaçının ərizəsi (Ərizə forması “Aqrarkredit” QSC tərəfindən veriləcək).

2. İddiaçının şəxsiyyətini təsdiq edən sənəd.

3. Təklif olunan qiymət (bağlı zərfdə rəqəmlə və sözlə göstərilməklə).

4. İddiaçı tərəfindən ödənilmiş beh məbləğini təsdiq edən qəbz.

5. Etibarnamə (nümayəndə iştirak etdikdə).

Qeyd: İddiaçı hüquqi şəxs olduqda (Dövlət qeydiyyatı haqqında şəhadətnamə, nizamnamə, qanuni təmsilçinin və ya nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd (surəti).

Beh ödənilməsi üçün bank rekvizitləri

Kod - 501587

VÖEN - 1300025711

SWIFT BIC - ACJTAZ22

Ünvan - Bakı şəhəri, AZ 1006 Qədirli küçəsi 125

M/h - Mərkəzi Bankda: AZ45NABZ 01350 1000 000 000 35944

H/h - AZ67ACJT45019192794010094401

 

Reklam və elan