“Şəmkir-Şərab – 1” ASC səhmdarlarının nəzərinə!

post-img

28 iyun 2025-ci il saat 15.00-da Şəmkir rayonunun Posanlı kəndində “Şəmkir-Şərab-1” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:

1. “Şəmkir-Şərab-1” ASC-nin 2024-cü il üçün illik (maliyyə) hesabatlarının müzakirəsi və təsdiqi.

Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, onlar ümumi yığıncağın çağırılmasına 30 (otuz) gün qalmış gündəliyin layihəsinə aid təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər barədə müvafiq sənədlərlə Şəmkir rayonu, Posanlı kəndində yerləşən cəmiyyətin inzibati binasında tanış olmaq hüququna malikdirlər.

Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiqləyən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətləri barədə etibarnamə təqdim etməlidirlər.

Əlaqə telefonu – (+99450) 626-62-22.

Ünvan – Şəmkir rayonu, Posanlı kəndi.

İdarə heyəti

Reklam və elan