Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu vakant yerlərə müsabiqə elan edir

post-img

Elmi-tədqiqat müəssisəsində işləmək üçün 1 nəfər aparıcı mütəxəssis və 5 nəfər mühəndis tələb olunur.

Aparıcı mütəxəssis üçün tələblər: fəlsəfə doktoru elmi dərəcəsi olan və ya 5 ildən az iş stajı olmayan elmi işçi, Azərbaycan və rus dillərində sərbəst danışa bilmək, kompüter proqramları üzrə işləmək bacarığı.

Mühəndis vəzifəsi üçün tələblər: magistratura pilləsini bitirmiş, xarici dillərdə danışıq bacarığı, punktual və şəxsi inkişafa yönümlü, “Windows ” əməliyyat sistemi, “MS Office Word”, “Excel”, “PowerPoint”, “Outlook”, proqramları və layihə işlərində “Archicad”, “Autocad” və sair proqramları bilmək bacarığı.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən CV-lərini [email protected] elekton ünvanına göndərmək xahiş olunur.

Əlaqə nömrəsi -012-596-37-28 (daxili 203, 240).

Ünvan - Bakı şəhəri, Füzuli küçəsi 65.

Reklam və elan