Azərbaycan Notariat Palatası Qanunvericilik şöbəsi üzrə “Baş məsləhətçi” vəzifəsinə vakansiya elan edir

post-img

Azərbaycan Notariat Palatası notariat xidmətinin inkişafı və təkmil­ləşdirilməsi məqsədilə notariusların məcburi üzvlüyü əsasında yaradı­lan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kom­mersiya hüquqi şəxsidir. Notariat Palatası Azərbaycan Respublikasında xüsusi qaydada fəaliyyət göstərən bütün notariusları özündə birləşdirir. Palatanın fəaliyyəti barədə www.aznotary.az saytından ətraflı məlumat əldə edə bilərsiniz. 

Baş məsləhətçi 

Əsas vəzifə öhdəlikləri:

• Palatanın iş planına uyğun olaraq müəyyən edilmiş hüquqi mövzu­larda araşdırmalar aparmaq, təkliflər və rəylər hazırlamaq;

• Palata rəhbərliyinin tapşırığı ilə Palatanın qanunvericilik məsələləri üzrə fəaliyyət istiqamətlərinə aid məsələlərin tənzimlənməsində iştirak etmək;

• Hüquq və notariat sahəsində qanunvericilik aktlarının, metodiki tövsiyələrin və xidməti təlimatların, qaydaların və s. sənədlərin layihələ­rinin hazırlanmasında iştirak etmək, onların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, normativ-hüquqi aktların layihələrinə və digər hüquqi xarakterli sənədlərə dair rəylər hazırlamaq, 

• Fiziki və hüquqi şəxslərdən, həmçinin dövlət orqanlarından daxil olan hüquqi xarakterli sorğular və müraciətlər üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada araşdırmalar aparmaq və cavablar hazır­lamaq;

• Hüquq və notariat fəaliyyətinin aktual məsələlərini əhatə edən mövzular üzrə Palatanın Şuralarının müzakirəsi üçün təkliflər vermək; 

• Hüquq və notariat sahəsində hüquqi təbliğat və maarifləndirmə işinin aparılmasında iştirak etmək;

• Notariat fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılma­sı üzrə təkliflər vermək; 

• Notariat fəaliyyətinin aktual məsələləri barədə hüquqi təbliğat məqsədilə məqalələr və çıxışlar hazırlamaq;

• Palata tərəfindən təşkil olunan tədbirlərdə (seminar, konfrans, təlim, müzakirə, dəyirmi masa və s.) iştirak etmək, müzakirə edilən məsələlər barədə təhlillər aparmaq və təkliflər vermək;

• Notariat fəaliyyəti üzrə beynəlxaq təcrübəni araşdırmaq, notariat sahəsində xarici normativ aktlarla milli qanunvericiliyin müqayisəli təhli­lini aparmaq və bu istiqamətdə səmərələşdirici təkliflər vermək;

• Palata rəhbərliyinin verdiyi digər tapşırıqları icra etmək.

İş şərtləri:

Əmək müqaviləsi bağlanılır.

İş vaxtı: 09:00 - 18:00.

İş günü: Bazar ertəsi- Cümə. 

Namizəd üçün tələblər:

Ali təhsil.

Hüquq sahəsində ən azı 5 il iş təcrübəsi.

Ən azı bir xarici dil biliyi (sərbəst səviyyədə).

Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək bacarığı. 

Şəxsi keyfiyyətlər:

Analitik düşüncə qabiliyyəti, intizamlılıq, ünsiyyətcillik.

Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi. 

Məlumatlandırıcı qeydlər:

CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun.

CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin.

Vakansiya üzrə müraciətlər 01 avqust 2024-cü il tarixədək qəbul olunacaqdır.

İşə qəbul prosesinin növbəti mərhələsi ilə bağlı ümumi tələblərə uyğun gələn namizədlərlə müsahibə keçirilməsi üçün əlaqə saxlanıla­caqdır.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini (CV formasını Notariat Palatasının aznotary.az saytında “Vakansiya” bölməsindən götürə bilərsiniz) [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Vakansiya” qeyd etmələri xahiş olunur.

Reklam və elan