Azərbaycan Notariat Palatası Təlim-Tədris Mərkəzi üzrə “Rəis müavini” vəzifəsinə vakansiya elan edir

post-img

Azərbaycan Notariat Palatası notariat xidmətinin inkişafı və təkmilləşdi­rilməsi məqsədilə notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliy­yətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir. Notariat Palatası Azərbaycan Respublikasında xüsusi qaydada fəaliyyət göstərən bütün notariusları özündə birləşdirir. Palatanın fəaliyyəti barədə www.aznotary.az saytından ətraflı məlumat əldə edə bilərsiniz. 

Təlim - Tədris Mərkəzi üzrə:

Rəis müavini 

Əsas vəzifə öhdəlikləri:

• Tədris işinin dövri iş planlarının hazırlanmasında iştirak etmək;

• Tədris məsələləri ilə bağlı işin təşkilində iştirak etmək;

• Notariat sahəsində kadrların hazırlığı prosesinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

• Hüquq və notariat sahəsi üzrə hüquqi və institusional məsələlər, hüququn tətbiqi ilə bağlı araşdırma, ümumi analiz və hüquqi təhlillər apar­maq;

• Notariat Palatasının Elmi-Metodiki Şurasının müzakirəsi üçün Şuranın gündəliyinə çıxarılan təkliflərin və arayışların hazırlanmasında iştirak etmək; 

• Notariat sahəsinin təlim-tədris məsələləri üzrə, eləcə də notariat sahə­si ilə əlaqəli sahələrarası hüquqi məsələlər üzrə notariusların, ixtisaslaşmış hüquqşünasların və notariat ofisi əməkdaşlarının iştirakı ilə müzakirələrin aparılmasının təşkilində və zərurət olduqda aktual məsələlər ilə bağlı işçi qruplarının təşkilində iştirak etmək;

• Əlavə təhsilin və təkmilləşdirmənin təmin edilməsi məqsədi ilə tələbat­ları öyrənmək və müvafiq təkliflər hazırlamaq;

• Ölkədaxili və xarici ölkələrin notariat sahəsində təhsil və tədrislə məş­ğul olan qurumları ilə əlaqələr qurmaq, əməkdaşlığın həyata keçirilməsi barədə təkliflər vermək və təhsil-təcrübə mübadilələrinin təşkilində iştirak etmək;

• Mərkəzdə keçirilmiş kurslar, iştirakçılar barədə dövri hesabatların tərtib edilməsində iştirak etmək; 

• İdarə Heyətinin razılığı ilə notariat xidmətinin inkişaf etdirilməsi məqsə­dilə beynəlxalq elm nümayəndələrinin, mütəxəssislərin, ekspertlərin, məs­ləhətçilərin təlim-tədris işinin aparılmasına cəlb edilməsi istiqamətində işləri görmək;

• Notariat fəaliyyətinin aktual məsələləri üzrə araşdırma işlərinin aparıl­ması üçün prioritet istiqamətlərin müəyyən edilməsi istiqamətində layihə və təkliflər vermək;

• Tədris üzrə əlaqəli qurumlarla birgə təlim və tədris kursları proqramla­rının, planlarının 

hazırlanması və həyata keçirilməsində iştirak etmək;

• Tədrislə bağlı metodiki tövsiyyələrin və vəsaitlərin nəşr edilməsi barə­də təkliflər verilməsində iştirak etmək;

• Tədrislə bağlı tədbirləri təşkil etmək və tədbir protokollarının tərtib edil­məsini təmin etmək;

• Palatanın İdarə Heyəti ilə razılaşdırmaqla təlimlər, seminarlar, konf­ranslar, müzakirələr və dəyirmi masalar təşkil etmək və keçirilməsində iş­tirak etmək;

• Palata rəhbərliyinin verdiyi digər tapşırıqları icra etmək.

İş şərtləri:

Əmək müqaviləsi bağlanılır.

İş vaxtı: 09:00 - 18:00.

İş günü: Bazar ertəsi- Cümə. 

Namizəd üçün tələblər:

Ali təhsil (hüquq təhsilinə üstünlük veriləcəkdir).

Tədris sahəsində ən azı 5 il iş təcrübəsi.

Ən azı bir xarici dil biliyi (sərbəst səviyyədə). 

Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək bacarığı. 

Şəxsi keyfiyyətlər:

Təşkilatçılıq bacarığı, analitik düşüncə qabiliyyəti, intizamlılıq, ünsiyyətcillik.

Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.

Məlumatlandırıcı qeydlər:

CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun.

CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin.

Vakansiya üzrə müraciətlər 01 avqust 2024-cü il tarixədək qəbul olu­nacaqdır.

İşə qəbul prosesinin növbəti mərhələsi ilə bağlı ümumi tələblərə uyğun gələn namizədlərlə müsahibə keçirilməsi üçün əlaqə saxlanılacaqdır.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini (CV formasını No­tariat Palatasının aznotary.az saytında “Vakansiya” bölməsindən götürə bilərsiniz) [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Vakansiya” qeyd etmələri xahiş olunur.

Reklam və elan