“Xətai-Rabitə-Tikinti” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 5 iyul 2024-cü il saat 14.00-da Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 13X nömrəli ünvanda yerləşən inzibati binada aşağıdakı gündəlikdə keçiriləcəkdir:
1. “Xətai-Rabitə-Tikinti” Açıq Səhmdar Cəmiyyətinin 2023-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiq olunması.
2. Digər məsələlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 18.00-dək səhmdar cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 13X nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin idarə heyətinə müraciət etməklə tanış ola bilərlər.
Yığıncaqda iştirak etmək vacibdir.
Ünvan- Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 13X.
“Xətai-Rabitə-Tikinti” ASC-nin direktorlar (müşahidə) şurası