“Gəncə Körpü Tikini-2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 8 iyul 2024-cü il saat 16.00-da Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda keçiriləcəkdir.
Yığıncağın gündəliyi:
1. Cəmiyyətin idarə heyətinin hesabatı.
2. 2023-cü ilin maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və illik hesabatın təsdiqi.
3. 2023-cü maliyyə ili üzrə dividendlərin bölüşdürülməsinin müzakirəsi.
4. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) tərkibinin yenidən formalaşdırılması.
Ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 17.00-dək Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5nömrəli ünvanda, qanunvericiliyə müvafiq qaydada müraciət etməklə tanış olmaq mümkündür.
Bildiririk ki , ümumi yığıncaq iştirakçılarının qeydiyyatı yığıncağın başlanmasına 2( iki) saat qalmış göstərilən ünvanda aparılacaqdır. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi, yaxud şəxsiyyəti təsdiq edən digər sənəd təqdim olunmalıdır. Səhmdarların illik ümumi yığıncağında özünüz, yaxud notarial qaydada təsdiqlənmiş etibarnamə əsasında səlahiyyətli nümayəndəniz iştirak edə bilər.
“Gəncə Körpü Tikini-2” ASC-nin idarə heyəti