Ləğv prosesində olan “Günaybank” ASC-nin qorunan əmanətçilərinin diqqətinə!

post-img

Məlum olduğu kimi, Bakı Apel­lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-3(103)-42/2023 nöm­rəli qərarı ilə “Günaybank” ASC müflis elan edilmiş və Əmanətlə­rin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir.

Diqqətinizə çatdırırıq ki, LPO “Günaybank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya­ların ödənilməsinin yeri və vaxtı haqqında məlumat verilməsinə dair ilk bildiriş 26.05.2023-cü il tarixdə KİV-lərdə dərc edilmişdir. 

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respubli­kası Qanununun tələblərinə uyğun olaraq fond əmanətçilərin ərizələ­rini kompensasiya ödənişi haqqın­da bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq, bir il ərzində qəbul edir. Qanunun tələblərinə əsasən, LPO “Günaybank” ASC-nin qorunan əmanətçiləri üçün bu müddət 26.05.2024-cü il tarix­də bitir. Bildiririk ki, kompensa­siyaların ödənilməsi "Bank Res­publika" ASC vasitəsilə həyata keçirilir.

Məlumat üçün bildiri­rik ki, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların möv­cud olduğunu təsdiq edən sənəd­lər təqdim edildikdə sözügedən bir il müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bun­dan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlaya­raq, beş il müddətində saxlanılır.

Əlavə olaraq qeyd edirik ki, ötən ilin iyun ayının 19-dan cari ilin may ayının 14-dək LPO “Günay­bank” ASC-nin 2200 əmanətçisinə 34.248.697 manat ekvivalentində (ümumi kompensasiya öhdəliyinin 97.45%-i) kompensasiya ödənişi həyata keçirilmişdir.

Reklam və elan