B İ L D İ R İ Ş

post-img

Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti açıqlanmış­dır.

Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2024-cü il tarixli Fərma­nı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilmiş­dir. Şirkətin ləğvi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli Sərəncamının icrası üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət ləğvet­mə komissiyası yaradılmışdır.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 14 fevral 2024-cü il tarixli Qərarı ilə şirkətin sığorta fəaliyyətinə verilmiş lisenziyası ləğv olunmuş və ləğvetmə komissiyası öz fəaliyyətinə başlamışdır.

Kreditorlardan cari il aprelin 17-dək tələblərini şirkətin baş ofisinə (Bakı şəhə­ri, Nərimanov rayonu, Qarabağ küçəsi 31 nömrəli ünvanda) bildirmələri xahiş olunur. Həmin tələblərə aşağıdakı sənədlər əlavə edilir:

- kreditorun yazılı müraciəti (tələbin məzmunu və məbləği göstərilməklə);

- kreditorun tələbinə əsas verən sənədlərin surətləri.

Reklam və elan