“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı bərpa, tikinti və idarəetmə xidməti” Publik Hüquqi Şəxsi AÇIQ TENDER ELAN EDİR

post-img

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı bərpa, tikinti və idarəetmə xidməti” Publik Hüquqi Şəxsi 

“Cəbrayıl rayonunun Horovlu kənd yaşayış məntəqəsində qeyri-yaşayış obyektlərinin tikintisi” işlərinin satın alınması üçün 

AÇIQ TENDER ELAN EDİR 

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçür­dükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsi 56 nömrəli ünvanda yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bər­pa, Tikinti və İdarəetmə Xidməti”nin satınalma şöbəsindən əldə edə bilərlər.

Əlaqələndirici şəxs satınalmalar şöbəsinin baş məsləhətçisi Zaur İbrahimov.

E-mail: [email protected]

Telefon- + 994512078998.

İştirak haqqı 1500,00 ( bir min beş yüz ma­nat) manatdır. 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - “Şərqi Zəngəzur İqtisadi Rayonun­da 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs

VÖEN- 5200287501

BANK-“KAPİTAL BANK” ASC-nin 28 may filialı

Kod- 200123

VÖEN- 9900003611 

M/h: AZ37NABZ01350100000000001944 

H/h- AZ31AIIB380300D9447648156112

S.W.İ.F.T. : AIIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

• Tenderdə iştirak etmək üçün ərizə.

• İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.

• Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 50 bank günü ərzində qüvvədə ol­malıdır).

• Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

• Tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rek­vizitləri.

• Malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlu­matlar (əlavə №19).

• Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəa­liyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• İddiaçının satınalma müqaviləsini bağla­maq səlahiyyətinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir).

• Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətlə­ri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmama­sı, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış; (tender elanından son­rakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı.

• Malgöndərənin (podratçının) son bir ildə­ki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir).

• Kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları.

• Baş podratçı kimi son 3 il (2020-ci il yan­varın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində ümumi məbləği 20 (iyirmi) milyon manatdan az olmayan, müraciət edənin hissəsi isə ən azı 10 (on ) milyon olan (müraciət edən müqavilə­ni birgə müəssisənin üzvü kimi icra etmişdirsə) və oxşar işi əhatə edən (oxşarlıq: layihə və tex­niki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnologiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı 5 (beş) sifa­rişi qənaətbəxş şəkildə icra etməsi haqqında mə­lumat və istismara qəbul və icazə aktları təqdim edilməlidir.

• Son üç ( 2020-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək) ərzində tikinti- quraşdırma iş­ləri üzrə ən azı 20 (iyirmi) milyon manat dövriyyə tələb olunur, həmçinin TMV-nin 1.6-cı bəndində tələb olunan digər tələblər.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təmi­natı istisna olmaqla) 10 yanvar 2024-cü il saat 16.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 18 yanvar 2024-cü il saat 16.00-a qədər, Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsi 56 nömrəli ünvanda yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bər­pa, Tikinti və İdarəetmə Xidməti”nin satınalma şöbəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qayta­rılacaqdır. 

Tender iştirakçılarının təklifləri Bakı şəhə­ri, Səbail rayonu, Maqomayev küçəsi 56 nöm­rəli ünvanda yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətində 19 yanvar 2024-cü il saat 16.00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayən­dələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan