“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti TENDER ELAN EDİR

post-img

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin 

Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti 

“Türyançay sağ sahil kanalının yenidən qurulması” I mərhələnin təkliflər sorğusu üsulu ilə satın alınması üzrə

TENDER ELAN EDİR:

Tender iştirakçılarına təklif edilir ki, https://www.eten­der.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalı­na (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və ya “Xalq qəzeti”ndən tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirak­çıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır­lar. Tenderdə iştirak etmək istəyən təşkilatlar obyekt üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesa­ba köçürdükdən sonra müsabiqədə iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Qulam Aslanov. 

Satınalan təşkiların ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti-69a.

Əlaqələndirici şəxsin E-mail ünvanı: [email protected]

Əlaqə nömrəsi: (012) 431 08 64

Satınalma predimetinin adı: “Türyançay sağ sahil kanalının yenidən qurulması” I mərhələnin tikintisi

Ünvanı: Ağdaş rayonu 

İşlərin qısa təsviri: Ağdaş rayonunda 12500 ha ərazinin suvarılması məqsədilə, uzunluğu 24,989 km, o cümlədən: suburaxma qabiliyyəti Q=8,5÷3,5m3/san, dəmir-beton iş həcmi - 21165 m3 və üzərində müxtəlif növ qurğular: sudüşürən, suburaxan, borulu keçid, sə­viyyəqaldıran, akveduk, avtomobil və piyada keçidi və s. tikintisi.

İşlərin yerinə yetirilmə müddəti – 13 ay.

Tender təkliflərinin qiymətləndirməsi meyarları: Tender təklifinin ödəniş şərti - 10 bal 

-İddiaçı bağlanacaq satınalma müqaviləsinin yerinə yetirilməsi üçün avans ödənişi tələb etmədiyi halda bu meyar üzrə müəyyən olunmuş maksimal 10 bal alacaq­dır.

İddiaçı tender təklifində 20 faizdən artıq avans ödə­nişi tələb edərsə, həmin iddiaçının tender təklifi kənar­laşdırılacaqdır. 20 faiz və daha az avans ödənişi tələb olunan tender təklifinin bu meyar üzrə alacağı bal aşağı­dakı düstur əsasında hesablanacaq, 

(20 – X)/20x10 X - tender təklifində iddiaçı tərəfin­dən tələb olunan avans ödənişinin müqavilə qiymətinə nisbətdə faizi.

Qiymət təklifi – 90 bal

Satınalma müqaviləsinin icrasını təmin etmək üçün tender iştirakçıları lazımi kadr və maliyyə imkanları ilə yanaşı, aşağıdakı meyarlar üzrə ixtisas göstəricilərinə, təcrübəyə, səriştəyə və etibarlılığa malik olmalıdır:

• İddiaçının son 10 (on) ildə meliorasiya və su təsər­rüfatı obyektlərinin tikintisi üzrə apardığı işlər tərkibində müxtəlif suburaxma qabiliyyətinə malik mağistral kana­lın və onlar üzərində tikilən müxtəlif növ hidrotexniki qurğuların tikintisi və təmir-bərpası üzrə orta illik döv­riyyəsi 3 (üç) milyon manatdan az olmamalıdır;

• İddiaçı son 10 (on) il ərzində respublika ərazisin­də meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə apardığı işlər tərkibində əsas podratçı kimi subu­raxma qabiliyyəti 3 m3/san az olmayan magistral ka­nalın və onlar üzərindəki müxtəlif növ hidrotexniki qur­ğuların tikintisi və ya əsaslı təmir-bərpası təcrübəsinə malik olmalı və həmin işlərə dair ən azı bir obyekt üzrə işbitirməni təsdiq edən sənədləri təqdim etməlidir;

• Satınalma müqaviləsinin icrasına yönəltmək məqsədi ilə İddiaçının malik olduğu sərbəst maliyyə resurslarının və ya bankın zamin olduğu kreditin mini­mum məbləği 2,0 (iki milyon) manatdan az olmamalıdır.

İştirak haqqı: 4500 (dörd min beş yüz) manat. 

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tender təklifi təkliflərinin açıldığı gündən son­ra ən azı 45 bank günü qüvvədə olmalıdır. 

Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tər­cümə olunmalıdır).

2. Tender təklifinin qiymətinin 1 faizi məbləğində tender təklifinin təminatı 

(bank zəmanəti, tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır (bank tərəfindən təqdim edilməlidir).

3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliy­yətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Mə­cəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə ye­tirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış. (Vergi xidməti tərə­findən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalıdır, sənədin əslini və ya notarial təsdiq edilmiş surətinin təqdim edilməsi zəruridir);

4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti. (Son maliyyə dövrünə olan məlu­matı əks etdirməsi və sənədin əslini və ya notarial təsdiq edilmiş surətinin təqdim edilməsi zəruridir);

5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı. (Bank tərəfindən təqdim edil­məli, qeydiyyat tarixi cari rüb ərzində olmalıdır, sənədin əslini və ya notarial təsdiq edilmiş surəti təqdim edilməsi zəruridir);

6. İddiaçının tam adı hüquqi statusu, nizam­naməsi, qeydiyyatdan keçdiyi ölkə. (Kommersiya və hüquqi şəxslərin Dövlət qeydiyyatı reyestrindən çıxarış, iddiaçı tərəfindən təqdim edilməli, nizamnamənin, dövlət reyestrindən çıxarışın və şəhadətnamənin notarial qay­dada təsdiq olunmuş surətini təqdim edilməsi zəruridir);

7. Rekvizitlər. (İddiaçının və ya bankın imzası və möhürü ilə təsdiq edilməsi zəruridir);

8. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqə­dar cinayətə görə məhkum olunmaması, yaxud on­ların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi. (DİN və ya Asan xidmət tərəfindən təqdim edilməli, sənədin əsli­ni və ya notarial təsdiq edilmiş surətinin təqdim edilməsi zəruridir); 

Sənədin verilmə tarixi elan verilmiş aydan etibarən olmalıdır: oktyabr 2023. 

9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayan­dırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması. (Vergi xidməti tərəfindən təqdim edil­məli, cari rübü əhatə etməlidir, sənədin əslini və ya notari­al təsdiq edilmiş surətinin təqdim edilməsi zəruridir);

10. Satınalma müqaviləsinin icrasını təmin et­mək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsi­nin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması. (Müsabiqə ƏŞT BÖLMƏ №3 13.3.8 bəndinə və BÖLMƏ №7 Qoşma №7-yə əsasən iddiaçı tərəfindən təqdim edilməli);

11. İddiaçının mikro, kiçik və orta sahibkarlıq su­byektlərinin meyarlarına uyğun olması.

(Azərbaycan Respublikasının Dövlət Statistika Ko­mitəsi tərəfindən təqdim edilməli, sənədin əslini və ya notarial təsdiq edilmiş surətinin təqdim edilməsi zəru­ridir); Sənədin qüvvədə olma müddəti “Tələb olunan sənədlərin son təqdim olunma tarixini əhatə etməlidir”

12. İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növü­nün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin ye­rinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması. (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilməli sənədin əslini və ya notarial təsdiq edilmiş surətinin təqdim edilməsi zəruridir);

13. Satınalma müqaviləsini bağlamaq səlahəy­yətinin olması. (İmza səlahiyyəti olan şəxsin (əgər tə­sisçi direktor deyilsə) əmri, sənədin əslini və ya notarial təsdiq edilmiş surətinin təqdim edilməsi zəruridir);

İddiaçının ixtisas göstəriciləri ƏŞT-nin 3-cü “Əsas şərtlər toplusunun məlumat xəritəsi” bölməsinin 13.3.8-ci bəndində verilmiş tələblərə uyğun gəlməlidir. İxtisas göstəriciləri haqqında məlumat ƏŞT-nin 8-ci “Standart formalar” bölməsinin 7-ci “Podratçının ixtisas göstəricilə­ri haqqında məlumat” qoşmasında göstərilmiş forma və qaydada təqdim olunmalıdır

İddiaçılar təkliflər sorğusu ilə bağlı sualları satına­lan təşkilata ünvanlaya bilərlər. Təkliflər sorğusu prose­duru “Dövlət satınalmaları haqqında” Azərbaycan Res­publikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müd­dəalara uyğun hazırlamalı, təkliflər sorğusunda iştirak üçün sənədləri qapalı, möhürlənib imzalanmış ayrı-ayrı ikiqat zərflərdə 14 noyabr 2023-cü il saat 17.00-dək Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a ünvanı­na təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 

İddiaçıların təklifləri 15 noyabr 2023-cü il saat 15.00-da açılcaqdır.

Tender komissiyası

Reklam və elan