“Azərsu” Açıq Səhmdar Cəmiyyəti AÇIQ TENDER ELAN EDİR

post-img

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti

Füzuli şəhərinin xarici su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması işlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender işti­rakçıları oxşar təcrübəyə, lazımi maliyyə və texni­ki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba kö­çürdükdən sonra Azərbaycan dilində tərtib olun­muş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin satınalmaların təş­kili və müqavilələrin idarə olunması şöbəsindən (əlaqələndirici şəxs- Abışev Murad Çingiz oğlun­dan, telefon: + 99 412 431 47 67/87 – daxili 1087 E-mail: [email protected] və Musayev Məmmədyar Ağa oğlundan, telefon: + 99 412 431 47 67 – daxili 2288, E-mail: mammadyar.musa­[email protected]) ala bilərlər.

İşlərin qısa təsviri:

Su təchizatı, kanalizasiya və digər əlaqədar işlər.

Tenderdə iştirak haqqı 500,00 (beş yüz ma­nat) manatdır. 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

VÖEN - 9900001751

Bank - “Kapital bank” ASC-nin 1 saylı Nəsimi filialı

Kod - 200112

VÖEN - 9900003611

Yerli valyutada hesab nömrəsi AZ65AIIB33070019441100216111 

Xarici valyutada hesab nömrəsi AZ55AIIB33170018401100216111 

M/h: AZ37NABZ01350100000000001944

SWIFT AIIBAZ2X

İştirakçıları tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tenderdə iştirak etmək üçün ərizə.

İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.

Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır).

Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

Tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rek­vizitləri.

Malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konk­ret subpodratçının adı göstərilməklə məlumatlar (əlavə №19).

Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.

Azərbaycan Respublikasında vergilərə və di­gər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəa­liyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış.

İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir).

Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış.

Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olma­ması, məhkəmənin qərarı ilə kommersiya fəaliy­yəti dayandırılmış şəxs olmaması barədə arayış (Ədliyyə Nazirliyindən alınmış müvafiq arayış).

Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətlə­ri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məş­ğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış. 

Azərbaycan Respublikasının dövlət stan­dartlarına uyğun olaraq I və II məsuliyyət səviy­yəli bina və qurğuların tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üçün verilmiş xüsusi razılıq (li­senziya) və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı. 

Malgöndərənin (podratçının) son bir ildə­ki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (vergi orqanının rəsmi blankında və ya elektron sənə­din notarial qaydada təsdiqlənmiş surəti təqdim edilməlidir).

Mühasibat balansı, mənfəət və zərər haqqın­da hesabat. Kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa).

Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsi­nin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsi­nin, idarəetmə səriştəsinin, etibarlılığının olması (son beş il (1 yanvar 2018 - ci il 31 dekabr 2022-ci il ) ərzində ümumi məbləği 15 milyon manatdan az olmayan, oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki öl­çüyə, mürəkkəbliyə, metodlara, texnoloqiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) baş podrat­çı kimi ən azı iki sifarişi qənaətbəxş şəkildə icra etməsi haqda məlumat və təsdiqedici sənədlər, son beş il (1 yanvar 2018 –ci il 31 dekabr 2022-ci il ) ərzində ən azı 10 milyon manat dövriyyə tələb olunur) və TMV-nin 1.6-cı bəndində tələb olunan digər tələblər. Tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkətdən ibarət birgə müəssisə yaratdıqda, TMV-nin 1-ci və 2-ci bənd­lərində tələb olunan sənədlər ən azı bir müəssisə tərəfindən təqdim edilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edil­məlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun keçiriləcəkdir.

İştirakçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təmi­natı istisna olmaqla) 16 noyabr 2023-cü il saat 16.00-a, tender təklifi və bank təminatını isə mö­hürlənmiş ikiqat zərfdə 24 noyabr 2023-cü il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhm­dar Cəmiyyətinin satınalmaların təşkili və müqa­vilələrin idarə olunması şöbəsinə təqdim etməli­dirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində 27 noyabr 2023-cü il saat 16.00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayən­dələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan