“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC AÇIQ TENDER ELAN EDİR

post-img

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC

Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən Nəsib bəy Yusifbəyli küçəsi istiqamətində istirahət parkında tikinti-quraşdırma işlərinin həyata keçirilməsinin satın alınması üçün 

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalan­mış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün ten­der iştirakçıları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkanlara malik olma­lıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşa­ğıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər top­lusunu Bakı şəhəri, Xətai rayonu, Nə­cəfqulu Rəfiyev küçəsində yerləşən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-dən (əlaqələndirici şəxs: Əhməd Məmmədov­dan 496-52-05) ala bilərlər: E-mail [email protected] ala bilərlər.

İşlərin qısa təsviri:

Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən Nəsib bəy Yusifbəyli küçəsi istiqamətində istirahət parkında tikinti-qu­raşdırma işlərinin həyata keçirilməsinin satın alınması.

Tenderdə iştirak haqqı: 10000,00 (on min manat) manatdır.

İştirak haqqı heç bir halda geri qay­tarılmır.

H/h- AZ22I­BAZ38030019446253269215 

VÖEN-1702563281 

Kod- 805625

VÖEN- 9900001881 

M/h- AZ­03NABZ01350100000000002944 

SWİFT-IBAZAZ2X

İştirakçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- Azərbaycan Respublikasında ver­gilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, ha­belə son bir il ərzində (fəaliyyətini dayan­dırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş və­zifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə sənəd (elan ve­rildikdən sonrakı tarixə); 

- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması (malgöndərənin (pod­ratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin ol­ması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə), vergi uçotun­da olduğunu təsdiq edən sənədin surəti və rekvizitləri);

- malgöndərənin (podratçının) işin ic­rası üçün müqavilə imzalayacağı subpod­ratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar;

- sahibkarlıq subyektinin bölgüsü;

- öz əmlakından sərbəst və məhdu­diyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış;

- müflis elan olunmaması, əmlakı üzə­rinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış; 

- satınalma prosedurlarının başlan­masından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçula­rının peşəkar fəaliyyətləri, yaxud satınal­ma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqə­dar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;

- mühasibat balansları, mənfəət və zərər haqqında hesabat;

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşə­karlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması, oxşar iş­ləri əhatə edən ən azı 3 mln manat həc­mində sifarişi baş podratçı kimi qənaət­bəxş şəkildə icra etməsi haqda məlumat (müqavilə); 

- iddiaçı analoji işlərdə təcrübəsinin olması barədə sənədlər təqdim etməlidir;

- iddiaçının avadanlığı və texnikası barədə məlumatlar; 

- iddiaçının son 3 ildə 5 milyon manat dövriyyəsi olması şərtdir;

- iddiaçının müvafiq sahibkarlıq fəa­liyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;

- iddiaçının avadanlığı və texnikası barədə məlumatlar. 

Sənədlər Azərbaycan dilində, 2 nüsxə­də (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmala­rı haqqında” Azərbaycan Respublikası Qa­nununun tələblərinə uyğun keçiriləcəkdir.

İştirakçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender tək­lifi və bank təminatı istisna olmaqla) 20 noyabr 2023-cü il saat 11.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28 noyabr 2023-cü il saat 17.00-a qədər Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-yə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 

Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən “Bakı Şəhər Əsas­lı Tikinti və Təmir” MMC-də 29 noyabr 2023-cü il saat 11.00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nü­mayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan