Müəllim vəzifəsini tutmaq üçün müsabiqədə elmi-pedaqoji və ya ixtisası üzrə ən azı bir il iş stajı olan fəlsəfə doktorları, eləcə də ən azı 3 il elmi - pedaqoji iş stajı və ya istehsalat təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan ali təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma müddəti elan olunduğu gündən başlayaraq 30 gündür (2023-cü il oktyabrın 11-dən noyabrın 11-dək).
Müsabiqədə iştirak etmək istəyən şəxslər rektorun adına ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidirlər:
- kadrların şəxsi qeydiyyat vərəqəsi;
- tərcümeyi-hal;
- ali təhsil, elmi ad və elmi dərəcə haqqında sənədlərin surəti;
- dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı.
Ünvan – AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 29. Telefon-(+ 994 12) 436 - 77 - 66.