9 ayda Azərbaycanda 3 ballıq 62 zəlzələ qeydə alınıb

post-img

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosu bu ilin doqquz ayı ərzində 8068 yeraltı təkan qeydə alıb. Bunlardan 3595-i Azərbaycan ərazisinin payına düşüb. 

Bu barədə XQ-yə RSXM-nin Elek­tron xidmətlər şöbəsindən məlumat verilib. 

Qeyd edilib ki, 2023-cü ilin 9 ayında Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan 62 zəlzələ qeydə ­alınıb. Ölkəmizdə və ona bitişik ərazilərdə, ümumilikdə, 28 hiss olunan yeraltı təkan olub. Onlardan 13-ü respublikamızın, 15-i isə qonşu ölkələrin ərazilərində baş verib. Azərbaycan ərazisində yüksək maqnitudalı zəlzələ iyulun 4-də (ml-5.6) Xəzər dənizində qeydə alınıb. 

Bu ilin ötən ayları ərzində qonşu ölkələrdə – Türkiyə, Gürcüstan–Ermənistan sərhəddi, İran ərazisində seysmik aktivlik artıb. 

Qonşu ölkələrin ərazilərində baş vermiş zəlzələlər maqnitudasından və məsafədən asılı olaraq Azərbaycan ərazisində də 5-3 bala qədər hiss olunub. 

 

L.QURBANOVA 
XQ

 

Son xəbərlər