“Azərişıq” ASC elektrik ötürücü xətlərində elektrik mühafizə və ölçmə avadanlıqlarının satın alınması məqsədilə açıq tender elan edir

post-img

Tender 1 (bir) lot üzrə keçirilir. 

Lot-1. “Azərişıq”ASC-nin elektrik ötürücü xətlərində elektrik mühafizə və ölçmə avadanlıq­larının satın alınması.

İştirak haqqı 1500 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs- Emil Əliyev. 

Təşkilat - “Azərişıq” ASC

H/h - AZ83AIIB33020029441802068118

VÖEN - 9900069391

Benefisiarın Bankı “Kapital Bank”ın Gənc­lik filialı

Kod - 200189

VÖEN- 9900003611

M/h- AZ37NABZ01350100000000001944 

SWIFT Code: AIIBAZ2X

Əlaqə telefonu (şəhər)- 012 440 39 93 (daxili 92-62) 

Elektron poçt: [email protected]

Ünvan- AZ1009. Bakı şəhəri, M.Əliyev küçəsi 130.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkil­də ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirak­çıları lazımi texniki və maliyyə imkanlarına ma­lik olmalıdırlar. 

Tenderdə iştirak etmək istəyənlər lot üçün göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhə­ri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvanda yerləşən “Azərişıq” ASC-nin inzibati binasından ala bilərlər.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müra­ciət.

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

3. İddiaçının tam adı, hüquqi statusu, nizam­naməsi, qeydiyyatdan keçdiyi ölkə. (sənədlərin təsdiqinin tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir.)

4. İddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış. (sənədlərin təsdiqinin tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir.)

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vax­tı keçmiş öhdəliklərin olmaması haqqında müva­fiq vergi orqanından arayış; (sənədlərin təsdiqi­nin tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir).

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş ma­liyyə hesabatının surəti; (sənədlərin təsdiqinin tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir).

7. İddiaçının yüklülük haqqında vergi orqan­ları tərəfindən təsdiq olunmuş arayış; (sənədlərin təsdiqinin tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir).

8. İddiaçının mikro, kiçik , orta və ya iri sahi­bkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd.

9. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az müddət fəa­liyyət göstərirsə, bütün fəaliyyət dövründəki). 

10. İddiaçının son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi böyük cari işlər və müqavilələr barədə məlumat­lar, analoji işlərdə təcrübəsi haqqında məlumat. 

11. Satınalma prosedurlarının başlanma­sından əvvəlki 5 il ərzində özlərinin, habelə iş­lərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliy­yətləri ilə məşğul olmasının məhkəmə qaydasın­da qadağan edilməməsi barədə sənəd.

12. İddiaçının satınalma müqaviləsinin ic­rasını təmin etmək üçün həmin sahədə peşə­karlığının, iş təcrübəsinin, texniki və maliyyə imkanlarının, elktrik mühəndislərinin əmək müqavilələrinin, işçi qüvvəsinin, idarəetmə səriştəsinin olması vacibdir. Bununla yanaşı “SATICI” son üç ildə elektrik ötürücü xətlərin­də elektrik mühafizə və ölçmə avadanlıqlarının satın alınması üçün hər birinin ümumi məbləği 3 milyon manatdan az olmamaq şərtilə ən azı 3 oxşar layihənin icrasını başa çatdırmış olmalı və təsdiqedici sənədləri təqdim etməlidir.

13. Müvafiq lisenziya və icazələr. 

14. Rəsmi distribyutor və diler müqaviləsi və ya məktub.

15. Ən azı 2 şirkətdən tövsiyə məktubu təq­dim olunmalıdır.

16. Satınalınan mal-materialların nümunələri təqdim olunmalıdı və təqdim edilən mal-materi­allara 3-5 il ərzində zəmanət verilməlidir. (Çin Xalq Respublikasının mal-materialları təqdim edilməməlidir).

17. Rəhbər şəxs və ya şəxslərin təyin olun­ması haqqında sənəd (əmr).

18. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

19. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

20. Təklif olunan mallar əsas şərtlər toplu­sundakı parametrlərə tam cavab verməlidir.

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dil­dəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmala­rı haqqında" Azərbaycan Respublikası Qa­nununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank tə­minatı istisna olmaqla) 6 noyabr 2023-cü il saat 15.30-a, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 16 noyabr 2023-cü il saat 15.30-a qədər Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 17 noyabr 2023-cü il saat 15.30-da Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvanda “Azərişıq” ASC-nin inziba­ti binasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri işti­rak edə bilərlər.

Tender komissiyası

Reklam və elan