B İ L D İ R İ Ş

post-img

“AZƏRİŞIQ” ASC-nin 2023-cü il avqustun 18-də “Ağdam şəhəri ərazisində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim -Tədris Kompleksinin tikintisi” işlərinin satın alınması üçün dərc edilmiş  açıq tender elanında  tarixlər aşağıdakı kimi oxunmalıdır.

İddiaçılar tenderdə iştirak üçün hüquqi sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 21 sentyabr  2023-cü il saat 15.00-a, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını  möhürlənmiş ikiqat zərfdə 29 sentyabr  2023-cü il saat 15.00-a qədər Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan  zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 2 oktyabr   2023-cü il  saat 15.00-da Bakı, Mirzağa Əliyev küçəsi 130 nömrəli  ünvanda “Azərişıq” ASC-nin inzibati binasında açılacaqdır.

Reklam və elan