Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti qulluğa qəbulla bağlı növbəti MÜSABİQƏ ELAN EDİR

post-img

Penitensiar xidmətin kiçik rəis heyəti vəzifələri üzrə vakant ştat vahidlərinin zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi məqsədilə mü­sabiqə komissiyası tərəfindən müsahibə elan edilir. 

Müsahibədə iştirak etmək istəyən, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsi keyfiy­yətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə xidmətdə qulluğa yararlı, əvvəllər məhkum edilməmiş, məhkəmə, pro­kurorluq, digər hüquq-mühafizə orqanları və ya başqa dövlət orqanlarında yol verdiyi nöqsanlara görə işdən xaric edilməmiş, həqiqi hərbi xidmətini tam başa çatdırmış, yaşı 20-dən aşağı və 30-dan yuxarı olmayan Azərbaycan Respubli­kasının vətəndaşları cari il avqustun 7-dən sentyabrın 7-dək ərizə ilə penitensiar xidmətə müraciət edə bilərlər. Ərizələri xidmətin elektron poçtu (info@peniten­siar.justice.gov.az), “Azərpoçt” və ya xidmətin Bakı şəhəri, Nizami küçəsi 114 nömrəli ünvanda yerləşən inzibati binasındakı poçt qutusu vasitəsilə təqdim etmək mümkündür. 

Seçim zamanı ali təhsilli, kompüter və xarici dil biliklərinə sahib, boyu ən azı 175 sm olan, yaxın qohumları məhkum edilməmiş kişi namizədlərə, həmçinin Ədliyyə Nazirliyi sistemində həqiqi hərbi xidmət keçmiş şəxslərə üstünlük ve­riləcəkdir.

Müsahibədə iştirak etmək istəyən şəxslər ərizə nümunəsi ilə penitensiar xidmətin internet səhifəsinin (http://penitensiar.justice.gov.az) “Xidmətə qəbul” bölməsində tanış ola bilərlər.

Reklam və elan