Аzərbаycаn Rеspublikаsı Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi TENDER ELAN EDİR

post-img

Аzərbаycаn Rеspublikаsı Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məktəbəqədər təhsil müəssisələrinə “digər malların alınması” xərc maddəsi üzrə malların satın alınması məqsədilə TENDER ELAN EDİR

Tenderdə iştirak etmək istəyənlər 1100 (bir min bir yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakuvi küçəsi 18 nömrəli ünvandan (əlaqələndirici şəxs-İlham Şixbabayevdən, tel - (+99412) 465 73 48) ala bilərlər.

Təşkilat - Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

Bankın adı - “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı

Kod - 805603

VÖEN - 9900001881

M/h - AZ03NABZ01350100000000002944

S.W.I.F.T. İBAZАZ 2Х

H/h - AZ88IBAZ38030019441856517211

VÖEN - 1500016711

İddiaçılar tеndеrdə iştirаk üçün aşağıdakı sənədləri (mü­vafiq icra orqanı tərəfindən verilmiş rəsmi blanklarda və mö­hürlə təsdiq olunmuş) təqdim etməlidirlər: 

- tеndеrdə iştirаk еtmək üçün yazılı mürаciət;

- tеndеrdə iştirаk hаqqının ödənilməsi bаrədə bаnk sənədi;

- qeydiyyatdan keçdiyi ölkə (təqdim olunması məcburidir. Dövlət reyestrindən çıxarış və VÖEN notarial qaydada təs­diq olunub PDF formatında əlavə edilməlidir.);

- nizamnamə (təqdim olunması məcburidir. Notarial qay­dada təsdiq olunuş sənəd PDF formatında əlavə edilməli­dir.);

- rekvizitlər (təqdim olunması məcburidir. Müvafiq sənəd PDF formatında əlavə edilməlidir.);

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqan­ları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (təqdim olunması məcburidir. Təsdiq olunmuş son arayışı təqdim etməlidir. Bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti təqdim edilməlidir. Notarial qaydada təsdiq olunmuş sənəd PDF for­matında əlavə edilməlidir.);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (təqdim olunması məcburidir. Bir ildən az müd­dətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən bank ara­yışı təqdim edilməlidir. 2023-cü il mayın 1-dən sonra alınmış arayış PDF formatında əlavə edilməlidir.);

- iddiaçının 2022-ci ildəki maliyyə vəziyyəti haqqın­da bank arayışı (təqdim olunması məcburidir. Təsdiqedici sənəd PDF formatında əlavə edilməlidir.);

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyekt­lərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respubli­kasının Dövlət Statistika Komitəsinin arayışı təqdim edilmə­lidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir. Təsdiqedici sənəd PDF formatında əlavə edilməlidir.);

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış (təqdim olunması məcburidir. Uçotda olduğu vergi orqanından alın­malıdır. Notarial təsdiq edilməsi mütləqdir. 2023-cü il mayın 1-dən sonra alınmış arayış qəbul ediləcəkdir.);

- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respub­likasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (təqdim olunması məcburidir. Uçotda olduğu vergi orqanından alın­malıdır. Notarial təsdiq edilməsi mütləqdir. 2023-cü il mayın 1-dən sonra alınmış arayış qəbul ediləcəkdir.);

- tender təklifini və satınalma müqaviləsini imzalamaq salahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibar­namə təqdim edilməlidir. Sənəd PDF formatında əlavə edil­məlidir.);

- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məh­kəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat (vergi oqranı və yaxud Kommer­siya Məhkəməsi tərəfindən təqdim olunmuş sənəd təqdim edilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir. Təsdiqedici sənəd PDF formatın­da əlavə edilməlidir.);

- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlə­rin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmama­sı, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olma­sının məhkəmə qaydasında qadağan edilməməsini təsdiq edən sənədlər (Daxili İşlər Nazirliyindən və ya “ASAN xid­mət” mərkəzlərindən alınmış arayış qəbul ediləcəkdir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir, təsdiqedici sənəd PDF formatında əlavə edilmə­lidir.);

- iddiaçı tərəfindən doldurulmuş tenderin əsas şərtlər toplusunun “Malgöndərənlərin (podratçıların) ixtisas uyğun­luğuna dair məlumat” cədvəli, təsdiqedici sənədlər əlavə olunmaqla (əlavə 1) (təqdim olunması məcburidir. Satınal­ma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması barədə məlumatlar və müvafiq sertifikatlar əlavə edilməlidir. Tələb olunan təsdiqedici sənədlər əlavə olunmaqla təqdim edilməlidir.);

- tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər;

- iddiaçının tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 60 bank günü qüvvədə olmalıdır; ödəniş şərtləri, malların tam göndərilməsi (təhvil verilməsi) müddəti və mallar üçün təminat şərtləri barədə məlumatlar tender təkifinin tərkib his­səsi sayılaraq təqdim olunmalıdır);

- iddiаçının tеndеr təklifinin bank təminаtı (təminatın qüv-vədə olma müddəti tender təklifinin qüvvədə olma müddə­tindən 30 bank günü çox olmalı və tender təklifinin ümumi qiymətinin 1 (bir) faizini təşkil еtməlidir).

İcraçı malların korlanmadan və zədələnmədən, sifarişçi­nin müəyyən etdiyi sonuncu təyinat məntəqəsinə qablaşdır­ma, markalanma və daşınmasını təmin etməlidir. Müqavilə imzalandığı tarixdən malların (iş və xidmətlərin) 100 (bir yüz) faizi ən geci 100 təqvim günü ərzində icraçı tərəfindən sifa­rişçiyə təhvil verilməsi başa çatdırılmalıdır. 

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dil­dəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbay­can Respublikasının Qanununa uyğun keçiriləcəkdir. 

İddiaçılar tenderdə iştirak üçün yuxarıda qeyd olunan sənədləri 9 iyun 2023-cü il saat 16.00-a, tender təklifi və tender təklifinin bank təminatını isə 20 iyun 2023-cü il saat 16.00-dək yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. 

İddiaçıların təklifləri 21 iyun 2023-cü il saat 16.00-da Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Tə­chizat İdarəsinin iclas zalında açılacaqdır. 

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilər­lər. 

Tender komissiyası

Reklam və elan