Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu Fəlsəfə doktoru hazırlığı ilə əlaqədar 2023-cü il üçün aşağıdakı ixtisas üzrə dissertanturaya (büdcə hesabına) QƏBUL ELAN EDİR

post-img

3305.03–“İnşaat konstruksiyaları, bina və qurğular” -1 yer. 

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul üçün aşağıdakı sənədlər instituta təqdim edilməlidir:

- elmi müəssisənin rəhbərinin adına ərizə;

- kadrların şəxsi qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixti­sas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şə­hadətnamə); 

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

Fəlsəfə doktoru proqramları üzrə dissertanturaya sənədlərin qəbulu 2023-cü il aprelin 5-dən mayın 5-dək keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyənlər əlavə məlumatı institutun Elmi-texniki informasiyalar və doktorantura şö­bəsindən ala bilərlər.

Əlaqə telefonu- 012 - 496 – 37- 60 (215).

Ünvan- Bakı, Füzuli küçəsi 65.

Reklam və elan