Azərbaycan Respublikasının Qanunu

post-img

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 15-ci, 24-cü və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 23-24, maddə 368; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 132, № 6 (I kitab), maddə 631; 2025, № 1, maddə 9, № 4 (I kitab), maddə 318, № 5, maddə 436) 1-ci maddəsinin birinci hissəsinin doqquzuncu və onuncu abzaslarında “işçi heyətinin” sözləri “fiziki şəxslərin” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472 (Cild I); 2024, № 3, maddə 250, № 4, maddə 365, № 11, maddə 1181, № 12 (II kitab), maddə 1331; 2025, № 4 (I kitab), maddə 316) 21-ci maddəsinin birinci hissəsində “işçi heyətinin” sözləri “fiziki şəxslərin” sözləri ilə əvəz edilsin.

Maddə 3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1, № 2, maddə 101, № 4 (I kitab), maddələr 318, 322, № 5, maddə 433, № 6, maddələr 521, 524, № 7, maddə 626) 30.1-ci maddəsində “işçi heyətinin” sözləri “fiziki şəxslərin” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 758 (Cild I); 2025, № 6, maddə 522) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1-ci maddə üzrə:

4.1.1. 1.0.1-ci, 1.0.3-cü, 1.0.8-ci, 1.0.9-cu və 1.0.10-cu maddələrdə “işçi heyətin” sözləri “fiziki şəxslərin” sözləri ilə əvəz edilsin;

4.1.2. 1.0.12-ci maddədə “etalon material” sözləri “standart nümunə” sözləri ilə və “etalon materialların” sözləri “standart nümunələrin” sözləri ilə əvəz edilsin;

4.1.3. 1.0.19-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.20 – 1.0.22-ci maddələr əlavə edilsin:

“1.0.20. səriştəlilik sınağı – nəticələrini təqdim edən şəxslərin fəaliyyətinin laboratoriyalararası müqayisələr vasitəsilə qiymətləndirilməsi prosesi;

1.0.21. validasiya – obyektiv sübutların təqdim edilməsi yolu ilə bəyan edilmiş məlumatın təsdiqi;

1.0.22. verifikasiya – qiymətləndirmə obyektlərinin texniki normativ hüquqi aktlarda müəyyən edilmiş tələbləri yerinə yetirdiyinə dair təqdim olunmuş sübutlara əsasən təsdiqlənməsi.”;

4.1.4. aşağıdakı məzmunda 1.2-ci maddə əlavə edilsin:

“1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.”.

4.2. 2-ci maddə üzrə:

4.2.1. 2.1.4-cü maddədə “işçi heyətinin” sözləri “fiziki şəxslərin” sözləri ilə əvəz edilsin;

4.2.2. 2.1.6-cı maddədə “etalon material” sözləri “standart nümunə” sözləri ilə əvəz edilsin;

4.2.3. 2.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.9 – 2.1.11-ci maddələr əlavə edilsin:

“2.1.9. səriştəlilik sınaqlarının təşkili üzrə təminatçılar;

2.1.10. validasiya orqanları;

2.1.11. verifikasiya orqanları.”;

4.2.4. 2.2-ci maddədə “işçi heyətinin” sözləri “fiziki şəxslərin” sözləri ilə əvəz edilsin.

4.3. 4-1.1-ci maddəyə “rəyinin,” sözündən sonra “səriştəlilik sınaqlarının təşkili üzrə təminatçılar, validasiya və verifikasiya orqanları tərəfindən hesabatların,” sözləri əlavə edilsin və həmin maddədə “işçi heyətin” sözləri “fiziki şəxslərin” sözləri ilə əvəz edilsin;

4.4. 6.5-ci maddəyə “görə” sözündən sonra “akkreditasiya orqanı ilə uyğunluğu qiymətləndirən qurum arasında bağlanılmış müqavilə əsasında” sözləri əlavə edilsin;

4.5. 7.2-ci maddənin birinci cümləsinə “hallarda” sözündən sonra “akkreditasiya orqanından” sözləri əlavə edilsin.

Maddə 5. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1175 (Cild I); 2025, № 6, maddə 522) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1-ci maddə üzrə:

5.1.1. 1.0.15-ci maddədə “işçi heyəti” sözləri “fiziki şəxslər” sözləri ilə əvəz edilsin;

5.1.2. 1.0.23-cü maddədə “işçi heyətin” sözləri “fiziki şəxslərin” sözləri ilə əvəz edilsin;

5.2. 2.2-ci və 4.1.2-ci maddələrdə “işçi heyətinin” sözləri “fiziki şəxslərin” sözləri ilə əvəz edilsin;

5.3. 12.1-ci, 12.2-ci maddələrdə, 13.1-ci maddənin ikinci cümləsində, 13.5-ci maddənin birinci və ikinci cümlələrində “işçi heyətin” sözləri “fiziki şəxslərin” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 dekabr 2025-ci il

Qanunlar