Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (I kitab), maddə 1280, № 12 (II kitab), maddə 1330; Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 77-VIIQD nömrəli, 27 dekabr tarixli 111-VIIQD və 115-VIIQD nömrəli, 29 dekabr tarixli 118-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 43.1-ci maddəyə “606.1,” rəqəmlərindən sonra “606.3,” rəqəmləri əlavə edilsin;
1.2. 603-cü maddə üzrə:
1.2.1. 603.1-ci maddənin sanksiyasında “iki yüz manatdan üç” sözləri “dörd yüz manatdan altı” sözləri ilə, “dörd yüz manatdan altı” sözləri “min manatdan min iki” sözləri ilə əvəz edilsin;
1.2.2. 603.3-cü maddənin sanksiyasında “yüz manatdan iki” sözləri “iki yüz manatdan dörd” sözləri ilə, “üç yüz manatdan beş yüz” sözləri “səkkiz yüz manatdan min” sözləri ilə əvəz edilsin;
1.3. 604-cü maddənin sanksiyasında “otuz” sözü “yüz” sözü ilə əvəz edilsin;
1.4. 605-ci maddənin sanksiyasında “səksən manatdan yüz əlli” sözləri “iki yüz manatdan üç yüz” sözləri ilə, “iki yüz manatdan dörd” sözləri “altı yüz manatdan səkkiz” sözləri ilə əvəz edilsin;
1.5. 606-cı maddə üzrə:
1.5.1. 606.2-ci maddənin sanksiyasında “otuz” sözü “yüz” sözü ilə əvəz edilsin;
1.5.2. 606.3-cü maddənin dispozisiyasına “hallarda” sözündən sonra “həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar” sözləri əlavə edilsin və həmin maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur.”;
1.5.3. “Qeyd” hissəsinin mətni 2-ci bənd hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda 1-ci bənd əlavə edilsin:
“1. Bu Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azad olunur.”;
1.6. 607-ci maddənin sanksiyasında “əlli” sözü “iki yüz” sözləri ilə əvəz edilsin;
1.7. 608-ci maddə üzrə:
1.7.1. 608.1-ci maddənin sanksiyasında “iki yüz manatdan üç” sözləri “dörd yüz manatdan altı” sözləri ilə əvəz edilsin;
1.7.2. 608.2-ci maddənin sanksiyasında “iki yüz əlli manatdan üç yüz əlli” sözləri “beş yüz manatdan yeddi yüz” sözləri ilə əvəz edilsin;
1.8. 609-cu maddə üzrə:
1.8.1. 609.1-ci maddənin sanksiyasında “yüz əlli manatdan iki yüz əlli” sözləri “üç yüz manatdan beş yüz” sözləri ilə, “üç yüz əlli manatdan beş yüz əlli” sözləri “doqquz yüz manatdan min yüz” sözləri ilə əvəz edilsin;
1.8.2. 609.2-ci maddənin sanksiyasında “iki yüz manatdan üç” sözləri “dörd yüz manatdan altı” sözləri ilə, “dörd yüz manatdan altı” sözləri “min manatdan min iki” sözləri ilə əvəz edilsin.
Maddə 2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56 (Cild I); 2024, № 2, maddə 137, № 4, maddə 363, № 12 (II kitab), maddə 1328; Azərbaycan Respublikasının 10 dekabr tarixli 84-VIIQD nömrəli və 27 dekabr tarixli 111-VIIQD nömrəli qanunları) aşağıdakı məzmunda 49.5-ci maddə və “Qeyd” hissəsi əlavə edilsin:
“49.5. Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın (qurumun) hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Qeyd: Bu Qanunun 49.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələr” dedikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən baxılan və həmin orqan (qurum) tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən və ya inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələr başa düşülür.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2025-ci il