“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 685; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddə 501, № 6 (I kitab), maddə 631) aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı maddə üzrə:
1.1. birinci hissənin 5-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və ya bələdiyyə orqanı tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındıqda, yaşayış sahəsi ilə təmin olunmaq.”;
1.2. ikinci hissədə “Qanunun 12-ci maddəsinin 7-ci hissəsində və 14-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müavinətlərin” sözləri “maddənin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş ildə bir dəfə müalicə olunmaq üçün müavinətin” sözləri ilə əvəz edilsin.
2. 7-ci maddənin birinci hissəsi üzrə:
2.1. birinci abzasda “6-cı maddənin” sözləri “bu Qanunun 6-cı maddəsinin” sözləri ilə əvəz edilsin;
2.2. 3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və ya bələdiyyə orqanı tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındıqda, yaşayış sahəsi ilə təmin olunmaq.”.
3. 9-cu maddənin birinci hissəsinin birinci abzasında “6-cı maddənin” sözləri “bu Qanunun 6-cı maddəsinin” sözləri ilə əvəz edilsin.
4. III bölmə ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2025-ci il