“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 9, (Cild I); 2024, № 11, maddə 1188) aşağıdakı dəyişikliklər edilsin:

1. 14.3-cü maddə üzrə:

1.1. birinci cümlədə “70” rəqəmləri “75” rəqəmləri ilə əvəz edilsin;

1.2. ikinci cümlədə “70” rəqəmləri “75 rəqəmləri” ilə əvəz edilsin və həmin cümləyə “olunanadək” sözündən sonra “, lakin 6 aydan çox olmayan müddətdə” sözləri əlavə edilsin.

2. 23.1.2-1-ci maddədə “70” rəqəmləri “75 rəqəmləri” ilə əvəz edilsin.

3. 24.1-ci maddədə “qanunun 23.1.2-ci,” sözləri “Qanunun 23.1.2-ci, 23.1.2-1-ci,” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 aprel 2025-ci il

Qanunlar