“Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1381) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddədə hər iki halda “6 263 970 000,0” rəqəmləri “6 267 970 000,0” rəqəmləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 2.4-cü maddə əlavə edilsin:

 

2.4. Əvvəlki illərdə dövlət sosial müdafiəfondunun istifadə olunmamış vəsaitindən cari ilin xərclərinə yönəldilən məbləğ 4 000 000,0
 

3. 3-cü maddə üzrə:

3.1. 3.1.2.3-cü maddədə “28 000 000,0” rəqəmləri “32 000 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.2. 3.1.2.5-ci maddədə “41 000 000,0” rəqəmləri “37 000 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.3. 3.4-cü maddədə “102 700 000,0” rəqəmləri “106 700 000,0” rəqəmləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 iyun 2023-cü il

Qanunlar