Alyans Gənclər Mərkəzi tərəfindən Xocalı soyqırımının ildönümü münasibətilə mərkəzin müdavimləri və məktəbli uşaqların iştirakı ilə anım və maarifləndirici tədbir təşkil edilib. Öncə Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Alyans Gənclər Mərkəzinin sədri Leyla Əmrahova çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını qeyd etmiş, bu kimi tədbirlərin uşaqların vətənpərvərlik, millilik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulamışdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Rəşad Məmmədov çıxışında milli dəyərlərin qorunması və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məsələsinin əhəmiyyətindən bəhs edib.
Tədbir çərçivəsində L. Əmrəhova xüsusi olaraq vurğulanmışdır ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı işğaldan azad olunmuş, bölgədə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilməkdədir. Qeyd edilmişdir ki, Xocalının yenidən dirçəldilməsi Azərbaycan xalqının tarixi ədalətinin bərpasının bariz nümunəsidir.
Məktəb şagirdləri Xocalıya həsr olunmuş şeirlər oxuyub, kompozisiya nümayiş etdiriblər. Xocalı həqiqətlərini əks etdirən film nümayiş olunub.
P.ƏMİRCANOV
XQ




