Praqadakı Azərbaycan Mədəniyyət Mərkəzində Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filminin nümayişi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan diasporunun, Azərbaycan səfirliyinin və Türkiyənin Çexiyadakı konsulluğunun nümayəndələri iştirak ediblər.
Filmin nümayişindən sonra müzakirə aparılıb, Azərbaycan diasporunun nümayəndələri həmin faciəli hadisələrlə bağlı acı xatirələrini bölüşüblər.
Gecənin iştirakçıları filmin bədii komponentini də müzakirə ediblər. Türkiyənin konsulu Volkan Tanyıldız da 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verib və ekran işi ilə bağlı fikirlərini bildirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa