Elmi ictimaiyyətin nümayəndələri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

post-img

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, aparatın struktur bölmələrinin rəhbərləri, o cümlədən elmi müəssisə və təşkilatların nümayəndələri, gənc alimlər Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

Elmi ictimaiyyətin nümayəndələri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirəsini ehtiramla anıblar.

Anar Əli 

XQ

Qan yaddaşı