Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

post-img

Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar hadisələrinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Qurumun mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, azadlıq və müstəqillik uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları önünə qərənfillər düzülüb.

Otuz dörd il əvvəl xalqımızın şərəf salnaməsi olaraq şanlı tariximizə yazılan 20 Yanvar hadisələri qan yaddaşımızdan heç vaxt silinməyəcək. Vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

Qan yaddaşı