Sönməyən atəş-Xocalı

post-img

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Sönməyən atəş-Xocalı” başlığı altında tədbir təşkil olunub.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qeyd olunub ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. XX əsrin faciəsi olan Xocalı soyqırımı cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Sonra “Qan üstündə qan çiçəyi” adlı videoçarx nümayiş olunub və məktəblilərin iştirakı ilə "Xocalı harayı" adlı kompozisiya təqdim edilib.





Qan yaddaşı