“Xocalıya Ədalət” kampaniyası çərçivəsində Reza Deqati ilə görüş olub

post-img

"Xocalıya Ədalət” kampaniyası çərçivəsində “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə dünyaca məşhur fotojurnalist Reza Deqati ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Reza Deqati gənclərə faciə zamanı çəkdiyi fotoları təqdim edib və şahidi olduğu hadisələrdən danışıb.

Reza Deqati 20 Yanvar hadisələrini, o cümlədən də Xocalı soyqırımının şahidlərini çəkməyə müvəffəq olub. Bundan başqa, müharibə gedən digər bölgələrdə Şuşa, Zəngilan, Cəbrayılda baş verən hadisələri də fotoaparatının yaddaşına köçürüb. Həmçinin müharibədən sonra da məcburi köçkünlərlə görüşərək onların fotolarını çəkib.

Tanınmış fotoqraf Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində sərgilər də təşkil edib.

Görüş interaktiv şəkildə həyata keçirilib.





Qan yaddaşı