Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri nümayəndə heyətləri arasında görüş olub

post-img

Bakıda Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri nümayəndə heyətləri arasında işçi görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cari il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən keçirilən tədbirdə Müdafiə Nazirliyi Hərbi Strategiya və Müdafiə Planlaşdırması İdarəsi tərəfindən qonaqlara Azərbaycan Ordusunda müdafiə planlaşdırılması sahəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən layihələrin idarə olunması ilə bağlı geniş brifinq təqdim olunub.

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Özbəkistandan olan nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.

Yekunda qarşılıqlı olaraq hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.

Ordu