Azərbaycan ilə İtaliya arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

post-img

İtaliyada rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Venesiya meydanında ucaldılan Naməlum əsgərin abidəsini ziyarət edib, önünə əklil qoyub, xatirəsini anıb.

AZƏRTAC xəbər verir ki, sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin hazırda fəaliyyətdə olan Baş Qərargah rəisi admiral Cuzeppe Kavo Draqone ilə görüşüb.

Baş Qərargahda keçirilən rəsmi qarşılanma mərasimində hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanovun da iştirak etdiyi görüşdə İtaliya Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrinin strukturu, fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub.

Təkbətək və geniştərkibli görüşlərdə, həmçinin Azərbaycan ilə İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

General-polkovnik K.Vəliyev admiral C.K.Draqoneni NATO-nun Hərbi Komitəsinin rəhbəri təyin olunması ilə əlaqədar təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma











Ordu