Yarımçıq şeir

post-img

Mahir Qədir oğlu Quliyev 2015-ci ilin may ayında Azərbaycan Texniki Universitetinin elektro-telekomunikasiya və radio mühəndisliyi fakülitəsini bitirib. Sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olub. 2016-cı ildə məlum aprel döyüşləri zamanı şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib. 

Əsgər Mahir Quliyev şeir də yazır, Vətəni, eləcə də istəklisi olan qızı vəsf edirdi. Sizə təqdim etdiyimiz şeir, bəlkə də, onun son könül çırpıntısıdır. Elə şəhid şairin ömrü kimi yarımçıq qalıb... 

 

SEVGİ

 

Sənsiz ölümdən də betərdi dünya,

Bu həyat da sənsiz gərəyim deyil.

Sən olmasan, qəmdi-kədərdi dünya,

Bu dünyaya sənsiz salmaram meyil.

 

Özünü ömürlük mənə öyrətdin,

İndi xəyalıma gəlib-gedirsən.

Bir vaxt gözlərimin önündə idin, 

İndi də yuxumdan sən əl edirsən... 

 

Ordu