“Qafqaz Qartalı-2024” təlimində tapşırıqlar uğurla icra olunur

post-img

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Bakıda keçirilən “Qafqaz Qartalı - 2024” təlimində qarşıya qoyulan tapşırıqlar uğurla icra olunur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təlimin ssenarisinə əsasən, həyəcan siqnalı ilə qaldırılan xüsusi təyinatlılar şərti düşmənin vacib strateji və hərbi obyektlərinə basqın məqsədilə təyin olunmuş məntəqələrə doğru hərəkət edib, əlverişli mövqelərin tutulması üzrə tapşırıqları yerinə yetiriblər.

Ordu