Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimlər keçirir

post-img

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimlər keçirir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat katibi Zeki Aktürk həftəlik brifinqdə deyib. Məlumatı “Anadolu” verib. 

Onun sözlərinə görə, hərbi təlimlərdə Türkiyə, Azərbaycan və Gürcüstan Silahlı Qüvvələrinin axtarış-xilasetmə bölmələri iştirak edir.

Aktürkün sözlərinə görə, təlimin məqsədi bölmələrin dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyətini gücləndirməkdir.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Ordu