Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılması ilə əlaqədar sentyabrın 19-da Müdafiə Nazirliyi brifinq keçirib.
Brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis, polkovnik Anar Eyvazov media nümayəndələrinə vəziyyət barədə məlumat verib.