Rəsmi Kiyev Almaniyadan "TAURUS" qanadlı raketlər istəyib.
Berlin Ukraynanın bu tələbini dəyərləndirəcəyini bildirib.
Qeyd edək ki, "TAURUS"raketləri 500+ km mənzilə sahibdir. Bundan öncə də ABŞ hökuməti 300+ km məsafədəki hədəfi vura bilən raketlərin verilməsinə ehtiyatla yanaşmışdı.
Əlavə edək ki, 300 km-dən artıq mənzilə sahib raketlərin Rusiya ərazisində də istifadə təhlükəsi olduğundan həmin silahların Ukraynaya verilməsinə hələlik isti yanaşılmır.
E.AĞALAR,
"Xalq qəzeti"