Türkiyənin müdafiə sənayesinin büdcəsi artırılır

post-img

Türkiyənin müdafiə sənayesinin büdcəsi 75 milyard ABŞ dollarına yüksəldilir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TCG Anadolu” amfibiya hücum gəmisinin təhvilvermə mərasimində deyib.

Müdafiə sənayesi sektorunda tədqiqat-inkişaf işlərinin önəminə diqqən çəkən Türkiyə Prezidenti bu çalışmaların aparılmasına ayrılan büdcənin 1,5 milyard ABŞ dolları təşkil etdiyini qeyd edib.

Məlumat üçün bildirək ki, Türkiyədə hazırda müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin sayı 2700, həyata keçirilən layihələrin sayısı isə 750 ədəd təşkil edir.

Rizvan Fikrətoğlu,
“Xalq qəzeti”

Ordu