Bugünədək Azərbaycana 20 MEMATT təhvil verilib

post-img

"Bu günə qədər Azərbaycana Türkiyənin istehsalı olan 20 MEMATT minatəmizləyən maşın təhvil vermişik". Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndəsi Yasin Arslan deyib.

O bildirib ki, Azərbaycan tərəfində texnikaların istifadə qaydası ilə bağlı təlim də keçirilib: "İşğaldan azad olunmuş bütün rayonlarda bu texnikalardan istifadə edilir. Hazırda işlərimiz Ağdam və Füzulidə daha intensiv şəkildə davam etdirilir. Çünki hədəf bu torpaqları tez bir zamanda normal qaydaya salmaqdır".

Rizvan Fikrətoğlu,    
“Xalq qəzeti”

Ordu