Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 809 (Cild I); 2025, № 8, maddə 802; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 dekabr tarixli 412 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nın “Büdcədən qismən maliyyələşdirilən təsərrüfat hesablı istehlakçılar” bölməsinin üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 24 ” “ fevral ” 2026-cı il

№ 54

Nazirlər kabinetinin qərarları